Modern.az

Klinton gəlir - “Bir neçə gündən sonra Bakıya edəcəyim səfərə ümid bəsləyirəm”

Klinton gəlir - “Bir neçə gündən sonra Bakıya edəcəyim səfərə ümid bəsləyirəm”

26 May 2012, 10:09

ABŞ Dövlət Katibi Hillari Klinton 28 May Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Modern.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, mayın 25-də ABŞ Dövlət Katibi Hillari Klinton Vaşiqntonda bəyanatla çıxış edərək Prezident Barak Obama və ABŞ xalqı adından Respublika Günü ilə bağlı Azərbaycan xalqına xoş arzularını çatdırıb.

O, bildirib: “Mən, bir neçə gündən sonra Bakıya edəcəyim səfərə ümid bəsləyirəm. Burada biz, vətəndaş cəmiyyəti və hökumət nümayəndələri ilə Azərbaycanın qarşılaşdığı çətinliklər və imkanlar, Birləşmiş Ştatların hər iki xalqın daha işıqlı gələcəyini necə dəstəkləyə biləcəyi barədə söhbət edəcəyik. Biz bölgədə təhlükəsizliyin və sabitliyin təmin edilməsi, enerji təhlükəsizliyinin genişləndirilməsi, iqtisadi və siyasi islahatların gücləndirilməsi üzrə tərəfdaşlığın yeni yollarını müzakirə edəcəyik. Siz, milli gününüzü qeyd edərkən, bilin ki, ABŞ sizinlədir. Sizi təbrik edir, sizə əminamanlıq və rifah dolu illər arzu edirik.”

H Klinton iyunun 4-də Ermənistanda, iyunun 5-də Gürcüstana? iyunun 6-da Azərbaycana səfər edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir