Modern.az

Deputat türkiyəli rektorla görüşüb

Deputat türkiyəli rektorla görüşüb

26 May 2012, 12:09

Millət vəkili, Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru Qənirə Paşayeva Türkiyənin İstanbul Bilgi Universitetinin rektoru prof.dr. Ramzi Sanver ilə görüşüb.
Modern.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də sıx əməkdaşlığın olduğunu bildirən Q. Paşayeva bu əlaqələrin ildən-ilə genişləndiyini və bunun əhəmiyyətini qeyd edib.

Türkiyənin İstanbul Bilgi Universitetinin rektoru prof.dr.Ramzi Sanver də Azərbaycanın ail təhsil müəssisələri ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib və bu əməkdaşlığın hər iki ölkə arasında təhsil sahəsində o cümlədən rəhbərlik təhsil ocağı ilə Azərbaycan ali məktəbləri arasında əlaqələrin daha da gücləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən prof.dr.Ramzi Sanver Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini də bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu da bildirib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Türkiyənin İstanbul Bilgi Universitetinin rektoru Ramzi Sanverə Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar təqdim edib. Millət vəkili Ramiz Sanverə araştırmaçı-yazar Azər Turanla həmmüəllifi müəllifi olduğu “Əlibəy Hüseynzadə Turan” kitabını təqdim edib. O bildirib ki, Əlibəy Hüseynzadə -Turan özünün böyük fəaliyyətinin bir hissəsini məhz Türkiyəyə bağlamışdı və burada milli düşüncəli və savadlı aydınların yetişməsində misilsiz xidmətlər göstərmişdir. Q. Paşayeva özünün “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə birgə yazdığı “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabını və Azərbaycanın Qarabağ icmasının üzvü Həvva Məmmədova ilə birgə yazdığı “Xocalı soyqırımı: Şahidlərin dilindən” kitablarını da təqdim edib.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza