Modern.az

ABŞ konqressmenləri ADU-da - FOTO

ABŞ konqressmenləri ADU-da - FOTO

26 May 2012, 14:12

Mayın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Azərbaycanda səfərdə olan ABŞ-ın bir qrup senatoru və yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.  Tədbirdə ADU-nu rektoru, millət vəkili, professor Səməd Seyidov,  millət vəkili Asim Mollazadə, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq iştirak edirdi.

Səməd Seyidov  qonaqları salamlayaraq onları Azərbaycan Dillər Univeristetində və eyni zamanda, ADU-nun  Amerika mərkəzində  görməkdən şad olduğunu bildirdi.  Qonaqlara universitet heyətini təqdim etdikdən sonra professor S. Seyidov universitetin və Amerika mərkəzinin fəaliyyəti haqqında məlumat verdi.  Rektor vaxtilə universitetdə üç dilin tədris olunduğunu iştirakçıların nəzərinə çatdırdı. Bu gün isə Univeristetdə nəinki ingilis, alman , fransız dilləri eyni zamanda ispan, italiyan, hind digər bir sıra  dillərin də tədris olunduğunu bildirdi. ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında  qonaqlara  məlumat verdi. Amerika mərkəzinin fəaliyyətindən danışan rektor, onun imkanlarından nəinki ADU tələbələrinin, həmçinin müxtəlif univeristetlərdən olan tələbələrin də yararlana bildiklərini qeyd etdi.  S.Seyidov : “ Bir ölkənin inkişaf etməsi üçün onun təhsil və mədəniyyəti inkaşf etməlidir” -deyə vurğuladı. O, Universitetin bir çox nəaliyyətləri olduğunu və bunu öz tələbələri və müəllimləri sayəsində qazandığını bildirdi. Florida ştatının nümayəndəsi, xanım Cenifer Karol isə bildirdi ki, bu cür səfərlər bir-birini tanımaq baxımından çox önəmlidir: “Bu səfər Azərbaycanı daha yaxından tanımağa kömək edəcək”.  O, ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi. Daha sonra çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Amerika mərkəzi  və ABŞ səfirliyinin birgə əməkdaşlığından söz açdı. Hər həftə səfirliyin nümayəndələrinin ADU-da müxtəlif mövzularda mühazirə oxuduğunu dedi.  Bu mərkəzin  Amerika Birləşmiş Ştatları ilə birgə əməkdaşlığının hər gün daha da inkişaf etdiyini bildirdi.  A. Sterlinq burada olan imkanların tələbələrə ingilis dilini və Amerikanın tarixi və mədəniyyətini daha dərindən öyrənməyə şərait yaratdığını qonaqların diqqətinə çatdırdı. ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova çıxışında  ADU-da Amerikalı tələbələr üçün təşkil olunmuş yay məktəbləri haqqında danışdı. 2010-cu ildə sadəcə 11 müraicətçinin olduğunu deyən J. Qəribova bu gün bunun 100-dən çox olduğunu qeyd etdi. Hər il ADU-ya gələn amerikalı tələbələrə 1 ay ərzində Azərbaycanın adət-ənənələri, mədəniyyəti və  tarixinin geniş şəkildə öyrədildiyini vurğuladı.  Tədbirdə çıxış edən ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Nərgiz Quliyeva ABŞ-da iştirak etdiyi proqram haqqında məlumat verdi. Orada qazandığı naliyyətlər haqqında danışdı. Qeyd edək ki, ABŞ konqressmenlərindən və müxtəlif ştatların təmsilçilərindən ibarət 200 nəfərlik nümayəndə heyəti tanışlıq məqsədi ilə Azərbaycana gəliblər. Nümayəndə heyəti artıq Milli Məclisdə və Azərbaycan Diplomatik Akademiyasında da olub. 


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza