Müxalifət nümayəndələrinin 12 gündür keçirtdiyi aclıq aksiyası bu gün başa çatıb. Müsavat Partiyasından Modern.az-a verilən məlumata görə, İctimai Palatanın Koordinasiya Şurasının xahişi ilə aclıq aksiyası dayandırılıb. Vicdan məhbuslarının azad olunması üçün başlanan aclıq aksiyasında xanımların səhhətində müəyyən problemlər yarandığından İP tərəfindən belə qərar qəbul olunub.
Koordinasiya Şurasının aksiya iştirakçılarına ünvanladığı müraciətdə qeyd edilib ki, aclıq aksiyasının məqsədi Azərbaycanda insan haqlarının pozulmasını və həbsdə olan vicdan məhbuslarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi.
Modern.az