Modern.az

"Eurovision-2012"nin qalibi Lorin oldu - VİDEO

"Eurovision-2012"nin qalibi Lorin oldu - VİDEO

27 May 2012, 03:16


"Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin final mərhələsi yekunlaşdı. Modern.az bildirir ki, “Eurovision”nun final şousunun səsverməsi nəticəsində İsveçi təmsil edən ifaçı Lorin 1-ci yeri tutdu. O, "Euphoria" mahnısı ilə 372 səs toplayıb inamlı qələbə qazandı.
Lorin (Loreen) 1983-cü il oktyabrın 16-da Stokholmda doğulub. Əsl adı Lorine Zineb Noka Talhaouidir. Əslən Mərakeşli olan Lorin İsveçin "İdol 2004" müsabiqəsindən populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edib. Bir müddət televiziyada aparıcı olub. 2011-ci ildə "My Heart is Refusing Me" mahnısı ilə İsveçin Milli Seçimlərində iştirak edib. Lakin İsveçi Avropanın ən nüfuzlu Mahnı Müsabiqəsində təmsil etmək arzusu 2012-ci ildə reallaşıb.

Səsvermə nəticəsində ikinci yeri 259 xalla Rusiya, üçüncü yeri isə 214 xalla Serbiya tutdu.

Azərbaycanlı Səbinə Babayeva 150 xalla dördüncü yeri qazandı.

Səsvermənin nəticələrinə görə, ilk onluqda olan ölkələr:

1.  İsveç
2.  Rusiya
3.  Serbiya
4.  Azərbaycan
5.  Albaniya
6.  Estoniya
7.  Almaniya
8.  Türkiyə
9.  İtaliya
10.  İspaniya




Modern.az
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza