Modern.az

AVP bəyanat verdi: "Bu sənəd böhtan dolu dosyelər əsasında hazırlanıb"

AVP bəyanat verdi: "Bu sənəd böhtan dolu dosyelər əsasında hazırlanıb"

Təhsil

27 May 2012, 10:15

Ana Vətən Partiyası (AVP) Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat verib. Partiyanın Mərkəzi Şurasının bəyanatında deyilir:  

”Son aylar “Human Rights Wateh” və “Amnesty İnternational” təşkilatlarının intensiv xarakter daşıyan antiazərbaycan  kampaniyasına Avropa Parlamentinin də qatılması təəssüf və təəcüb doğurmaya bilmir.

Erməni lobbisi tərəfindən maliyyələşdirilən və təşkil olunan antiazərbaycan kampaniyaları ölkəmizə şər, böhtan və iftiralar yağdırmaqda davam edir. Respublikamızın güclənməsi, dövlətçiliyimizə və milli maraqlarımıza  xidmət edən müstəqil xarici siyasətimizin verdiyi uğurlu nəticələr Azərbaycana düşmən kəsilən qüvvələri getdikcə daha da narahat etməkdə, dövlətimizə qarşı hücumları intensivləşdirməkdədir. 

Erməni lobbisinin maliyyələşdirdiyi bir sıra QHT-i və bəzi siyasi qüvvələrin həqiqət yükünü daşımayan, böhtan dolu dosyeləri  əsasında antiazərbaycan mahiyyətli qətnamənin qəbul edilməsi Avropa Parlamentinin imicinə böyük ləkə, bu quruma Azərbaycan arasındakı yüksək münasibətlərə ağır zərbədir. 

Ana Vətən Partiyası iftira və böhtan mahiyyəti daşıyan bu tip qərəzli qətnamələri qətiyyətlə pisləyir və Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz qətnamədən imtina etməyə çağırır”

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir