Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli mayın 27-də Xorvatiyaya işgüzar səfər edəcək. Bu barədə Modern.az saytına deputat özü məlumat verib. H.Rəcəblinin sözlərinə görə, səfərin əsas məqsədi “Sosial xidmət haqqında” qanunun işləmə mexanizmini dəqiqləşdirmək və bu istiqamətdə Xorvatiya təcrübəsini öyrənməkdir.
H.Rəcəbli vurğulayıb ki, o, Xorvatiyada aidiyyəti qurumların təmsilçiləri ilə görüşərək əhalinin sosial müdafiəsi sistemi sahəsində qanunvericilik bazasının formalaşması, qanunvericilik aktlarının icrasına nəzarət üzrə bu ölkənin təcrübəsi və sosial xidmətlərin maliyyələşmə məsələləri ilə də tanış olacaq.
Qeyd edək ki, səfər iyunun 3-də başa çatacaq.
Anar RÜSTƏMOV