“Azərbaycanın zəngin tarixini qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur”
Modern.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Qobustan rayonunda yerləşən “Tənha Məzar” abidəsinin əsaslı təmir və bərpadan sonra açılış mərasimində jurnalistlərə açıqlamasında deyib. Səfir 28 May- Respublika günü münasibəti ilə Azərbaycan xalqını təbrik edərək abidənin təmirinə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib.
“Azərbaycan xalqını 28 May - Milli Müstəqillik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Bu abidənin yenidən qurulmasına görə, Azərbaycan prezidentinə və eləcə də bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycan bizim özümüzündür. Azərbaycanın ayağına dəyən daş bizim başımıza dəymiş kimidir. Azərbaycanın zəngin tarixini qorumalıyıq. Biz bu tarixi gələcək nəsillərə çatdırmalıyıq.
Qeyd edək ki, Azərbaycandakı diplomatik fəaliyyətini başa vuran Hulusi Kılıçı səfir postunda Alper Coşqun əvəz edəcək.
Anar Kəlbiyev