Modern.az

Gəncədə Regional Mətbuat Mərkəzi tikiləcək

Gəncədə Regional Mətbuat Mərkəzi tikiləcək

28 May 2012, 16:10

Bu il Gəncədə regional Mətbuat Mərkəzi inşa olunacaq. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib. İcra başçısı qeyd edib ki, inşaası nəzərdə tutulan yeni Mətbuat Mərkəzinin təməli 22 iyul- Milli Mətbuat günündə qoyulacaq. E.Vəliyev bildirib ki, regional televiziyalar, qəzet redaksiyaları və eləcə də digər mətbuat qurumları yeni mərkəzdə fəaliyyət göstərəcəklər.

“Bu il Milli Mətbuat günündə Gəncə şəhərində Mətbuat Mərkəzinin təməlqoyma mərasimi keçiriləcək. Qeyd edim ki, məkrəz 5 mərtəbəli olacaq. Orada jurnalistlərin, media qurumlarının fəaliyyət göstərməsi üçün lazımı şərait yaradılacaq. Hətta jurnalistlər üçün otel də fəaliyyət göstərəcək. Yeni mətbuat konfranslarının keçirilməsi üçün geniş zalların inşa olunması nəzərdə tutulub”-deyə E.Vəliyev qeyd edib.

Modern.az               

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza