Modern.az

Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir

Şahmar Mövsümov: “Testin özünün etibarlılığı 70 faizdir”

Aktual

3 İyul 2020, 18:36

“Testin özünün etibarlılığı 70 faizdir. Ona görə də insanları riskə ata bilmərik”. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, rayonlararası əlaqələrin bərpası yaradılmış qoruma zəncirinin qırılmasına səbəb ola bilər:

 “Biz gərək yoluxmanı lokallaşdıraq, təcrid edək. Biz o zaman zənciri qıracağıq”.

Ş. Mövsümov qazılmış torpaq yolu dolduraraq rayonlara gedənlərin başqa insanların yoluxmasına və həyatını itirməsinə yol aça biləcəyini vurğulayıb və belə əməllərə yol verənləri tənqid edib.

"Ümumiyyətlə, karantin qaydalarının pozulması, buna cəhd edənlərin hər birinin yoluxma hallarının artmasında payı var"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi