Modern.az

Öd xəstəliyinin müalicə olunmaması xərçəng və qaraciyər serrozu yaradır

Öd xəstəliyinin müalicə olunmaması xərçəng və qaraciyər serrozu yaradır

29 May 2012, 09:11

Öd daşı xəstəliyi geniş yayılmış xəstəliklərdəndir. Tədqiqatlara görə, müxtəlif səbəblərdən ölmüş hər 5 qadın vər 10 kişidən birində öd kisəsində daşlar tapılır. Lakin xəstəliyin klinik əlamətlərinə yalnız    10 %  şəxslərdə, əsasən 40 yaşından yuxarı qadınlarda təsadüf olunur. Öddaşı xəstəliyi daha çox kök qadınlarda aşkar olunur. Belə mühakimə yürüdülür ki, daşların əmələ gəlməsində oturaq həyat tərzi, hamiləlik, sistematik olaraq çox yemək, qida qəbulu arasında böyük fasilə ilə rejimsiz qidalanma, öd kisəsində durğunluğa kömək edən müxtəlif faktorların rolu var. Öddaşı xəstəliyi infeksion hepatit keçirmiş şəxslərdə tez-tez aşkar olunur.

Bu xəstəlik sivil ölkələrdə, xüsusən də yerli mətbəxində xolesterinlə zəngin olan qidalara üstünlük verən ölkələrdə inkişaf edir. Avropa ölkələrində, Şimali Amerika, Ərəb ölkələrində həmçinin elə bizdə də bu xəstəliyə çox rast gəlinir. Bizim milli mətbəximizdə yağlı yeməklərdən çox istifadə olunur. İnkişaf etməyən ölkələrdə, bitki mənşəli qidalardan çox istifadə edən ölkələrdə, konkret desək, Asiya, Afrika, Cənubi Amerikanın bəzi ölkələrində az miqdarda özünü göstərir. Azərbaycanda dəqiq statistik rəqəmlə bu xəstəliyin yayılma sürətini demək mümkün olmasa da, keçmiş SSRİ Səhiyyə Nazirliyinin məlumatına görə 1980-ci illərdə 113 min insan öd kisə-sində aparılan (bu əməliyyat xolesistek-tomiya adlanır) əməliyyatlara məruz qalıb.
Öd daşı xəstəliyindən dolayı ABŞ-da hər il 600 min insan xolesistemiya əməliyyatına məruz qalır. ABŞ-ın Səhiyyə Departamenti hər il bir milyard dollardan çox vəsaiti məhz bu xəstəliklə mübariəzyə sərf edir. Böyük Britaniyada isə hər il 50 min şəxs bu xəstəlik üzündən əməliyyat olunur. Əlbəttə ki, bu çox böyük rəqəmlərdir. Üstəlik nəzərə alsaq ki, xəstəlik orta yaşlı insanları, yəni 35-60 yaşlı şəxsləri daha çox əhatə edir, deməli, öd daşı xəstəliyi tibbi problem olmaqla yanaşı, həm də sosial problemdir. Bu xəstəlik daha çox qadınlarda rast gəlinir.

Öd kisəsi ödçıxarma sisteminə qoşulmuş armudvari formalı, nazik divarlı, tutumu 30-70 ml olan bir üzvdür. Burada qaraciyərdən gələn ödün qatılaşması baş verir. Qida qəbulu zamanı kisə yığılaraq daxilində olan ödü bağırsağa ötürür. Mürəkkəb tərkibli kolloid mayesi olan öd 85-90 faiz sudan, xolesterin, öd turşuları, bilirubin, qeyri-üzvi ionlar, bir sıra zülal tərkibli elementlərdən ibarətdir. O, bağırsaqlarda yağların parçalanması və sorulmasında iştirak edir.

Öd daşı xəstəliyi öd kisəsində, çox az hallarda isə öd axacaqlarında daşların əmələ gəlməsilə xarakterizə olunan xəstəlikdir. Durğunluğa daha çox meylli olan kisədə bakteriyalar, epitel hüceyrələri, selik toplanır ki, bunlar da xolesterin, bilirubin kristallarının çökmə-si üçün karkas rolunu oynayır.

Daşların quruluşu. Öddaşlarının biri-birindən kimyəvi tərkibinə görə fərqlənən 3 əsas qrupu ayırd edilir. Xolesterin daşları, adətən, tək-təkdir, ağ və ya sarımtıl rəngdə, dairəvi və ya oval formada, kəsikdə xolesterin kristallarının radial yerləşməsi hesabına şüayabənzər quruluşdadır. Tərkibi bilirubin və kalsium-karbonatdan ibarət piqmentli daşlara da təsadüf olunur. Piqmentli daşlar, adıtın, çox kiçik və çoxsaylı olur; müxtəlif formalı, zəif yaşılımtıl, qara rəngli, bərk, lakin kövrək olur, təmiz əhəngli daşlara ndir hallarda rast gəlinir. Öd kisəsində daha çox qarışıq xolesterinli-əhəngli-piqmentli daşlara təsadüf olunur. Onlar forma və ölçücə müxtəlifdir, lakin əksər hallarda xırda və çoxlu olur.

Öd kisəsində daşların uzun müddət qalması nəticəsində öd kisəsinin atrofiyası və sklerozu baş verir, lakin çox vaxt ikincili infeksiya qoşulur, bu hallarda öd kisəsinin patoloji anatomik dəyişiklikləri daşsız xronik xolesistitdəkinə müvafiqdir. Çox nadir hallarda daşların öd kisəsi divarına uzunmüddətli təzyiqi nəticəsində öd kisəsinin perforasiyssı meydana çıxa bilər.

Səbəbləri

 Hazırda öd daşı xəstəliyinin inkişafında 3 əsas faktor üstünlük təşkil edir: maddələr mübadiləsinin pozulması, ödün infeksiyalaşması və durğunluğu. Məlumdur ki, öd daşları kalsium-bilirubinat, xolesterin-monohidrat, amorf və ya kristal kalsium-karbonatdan ibarətdir, lakin bu maddələrin öd daşlarında miqdarı ayrı-ayrı şəxslərdə müxtəlifdir.

Köməkçi amillərdən infeksion faktora əhəmiyyət verilir: əgər xolesterin və piqmentli daşların ilkin formalaşması steril öddə baş verirsə, infeksiyanın qoşulması onların sonrakı inkişafına kömək edir. Öd kisəsinin iltihabı zamanı zülalla zəngin ekssudat ifrazı ödün kalloid və kimyəvi tərkibini daha da pozur, nəticədə öd bilrubin, xolesterin və kalsiumla zənginləşir və kalkulyoz xolesistit üçün tipik olan qarışıq daşların əmələ gəlməsinə şərait yaranır.

Daşların əmələ gəlməsi üçün ilkin şəraiti öd durğunluğu yaradır, belə ki, bu zaman öddə xolesterin və bilirubinin miqdarı artır (10-20 dəfə), öd kisəsi və axacaqlarının yığılma funksiyası pozulur. Humoral tənzimin pozğunluğu, eləcə də ödifrazedici sistemdə anatomik dəyişikliklər (çapıq birləşmələr, büküşlər) meydana çıxır. Digər səbəblərdən hamiləlik, qəbizlik, daxili orqanların sallanması, az hərəkətli həyat tərzi və s. göstərmək olar. İrsi faktorlar da müəyyən rol oynayır.

İnsan orqanizmində xolesterin və öd turşuları arasında müəyyən bir balans var. Xolesterin ərinmiş vəziyyətdə qalan zaman, disbalans yaranınca və xolesterinin miqdarı artdıqca mikrokristallar əmələ gəlir, öd turşuları məhdudlaşır, sonra isə öd daşları əmələ gəlir. Qısa desək, xolesterinin artması nəticəsində öd yollarında durğunluq varsa öd daşları yaranmasına şərait yaradır. Amma bu o demək deyil ki, xolesterinin artması mütləq öd daşlarına səbəb olur. Öd daşlarının tərkibi müxtəlifdir. Xolesterinin artmasında qadınların cinsi meylliyi var. Statistikaya nəzər yetirsək, bu xəstəlik cavan qızlarda deyil, doğuşdan sonra qadınlarda çox olur. Qadınlarda bu xəstəlik kişilərə nisbətən 4 dəfə artıq əmələ gəlir. Xəstəlik hər bir yaşda ola bilər. Ancaq daha çox orta yaşlı adamlarda var. Xolesistit əksər hallarda ağrılarla başlayır. Ağrılar da sağ qabırğa altı nahiyədə, yaxud   epiqastral nahiyədə əmələ gəlir. Bu ağrılar bəzi vaxt sağ qabırğa altından sağ çiyinə, döş qəfəsinin sağ hissəsinə verir. Ağrının irradiasiya edərək döş qəfəsinin sol hissəsinə verilməsi xəstədə elə güman yaradır ki, ağrıyan ürəkdir. Müayinə zamanı məlum olur ki, səbəb başqadır. Öddə zəngin iltihab prosesi olanda təbii ki, mədə-bağırsaq sistemindən də yan keçmir. Qusma bəzəndə ödlə də bağlı olur. Iltihabi proses varsa, xəstələrdə hərarətin yüksəlməsi ola bilər. Əgər öd kisəsində kəskin destruktiv proses başlayıbsa, hərarət 39-40, bəzən 41 dərəcəyə qalxır. Qarın boşluğu orqanları biri-birinə həm funksional, həm anatomik bağlılığı var. Ona görə təbii ki, baş verən mənfi proses digər növbədə öd kisəsindəki mənfi proseslər mədəaltı vəzinə təsir edir. Burada da çox vaxt pankreatit əlamətləri üzə çıxır. Pankreatit dedikdə mədəaltı vəzin iltihabından söhbət gedir.

Mədəaltı vəzin prosesə cəlb olunması xəstənin vəziyyətini daha da ağırlaşdırır. Çünki burada fermentativ çatışmazlıq əmələ gəlir. Fermentlər qana daxil olarkən loru dillə desək, qanı zəhərləyir. Öd daşı xəstəliyinin digər fəsadı odur ki, müxtəlif ağırlaşmalar verir. Daşların mövcudluğundan ödün onikibaımaq bağırsağa normal axımına maneə olursa sarılıq xəstəliyi əmələ gəlir. Buna mexaniki sarılıq deyirlər. Ağırlaşmalardan danışarkən əlavə edirik ki, öd daşı xəstəliyi insanın həyatına real təhlükə yarada bilər. Statistikaya görə, təqribən 80 faiz mədəaltı vəzin xəstəlikləri öd yollarında olan proseslərlə bağlıdır. Bundan əlavə peritinit (qarın boşluğunun periton örtüyünün iltihabi prosesi), orqanların çatışmamazlığının əmələ gəlməsi öd daşı xəstəliyinin  ağır fəsadlarındandır. Müalicə olunmaması nəticəsində bəzən xəstəlik qaraciyər serrozu, xərçəng xəstəliyinə gətirib çıxara bilər.

Əlamətləri

  Öddaşı xəstəliyində ağrı tutmasının klinikası əksər hallarda çox xarakterik olur. Tutmanın başlanğıcında ağrılar çox vaxt bütün qarında dağınıq olur və ya bütün sağ qabırğaaltı nahiyəni əhatə edir, sonra isə ağrı, öd kisəsi nahiyəsində, epiqastral nahiyədə, çox az hallarda isə sağ kürəkaltı nahiyədə lokalizə olunur. Lap başlanğıcdan ağrı intensiv xarakterdə olur. Ağrı yuxarı və arxaya, sağ çiyinə, sağ kürəyin tini nahiyəsinə, sağ tərəfdən boyun nahiyəsinə, çənəyə irradiasiya edir, bəzən də ürək nahiyəsinə yayılır.

Ağrı tutmaları adətən, öyünmə və təkrari qusma, sidik ifrazının ləngiməsi ilə müşaiyət olunur. Bu əlamətlər reflektor olaraq meydana çıxır. Bədən temperaturunun bir neçə saat müddətində qalxması, cüzi qısa meddətli leykositoz reflektor xarakter daşıyır. Qızdırma və leykositoz prosesə qoşulan öd kisəsi iltihabının nəticəsi də ola bilər.

Bəzən tutma zamanı zəif, keçib gedən sarılıq müəyyən edilir, bu öd axacaqlarının spazmı ilə əlaqədardır. Davamlı artan sarılıq isə digər ağırlaşmanın – ümumi öd axacağının daşla obturasiyası əlamətidir. Xəstənin tutma vaxtı müayinəsi zamanı qarnın köpməsi, səthi palpasiya zamanı sağ qabırğaaltı və epiqastral nahiyələrində kəskin ağrı, bəzən isə bu zonalarda qarnın ön divarı əzələlərinin reflektor gərginliyi müəyyən edilir.

Öd sancısı tutması, adətən, bir neçə dəqiqə, saat və hətta günlərlə davam edir, sonra isə öz-özünə və ya müalicə tədbirlərinin təsiri altında keçir. Tutmanın kəsilməsi ya daşın öd kisəsi axacağı boynundan ümumi öd axacağına və sonra isə bağırsağa hərəkətli ilə, ya da onun öd kisəsiniə geriyə keçməsi ilə əlaqədardır.

Öd sancısı tutmalarının tezliyi ayrı-ayrı xəstələrdə müxtılifdir. Bəzilərində bütün ömür boyu cəmi 1 – 2 tutma müşahidə olunur, digərlərində isə ildə və ya ayda bir neçə dəfə və nəhayət III qrup xəstələrdə hər gün və ya hətta gündə bir neçə dəfə tutma olur. Məlumdur ki, iri ölçülü, xüsusilə də tək daşlar öd sancısı tutmaları vermir, tutmaları yalnız xırda daşlar törədir.

Tutmaarası dövrlərdə xəstələr, adətən, özlərini yaxşı hiss edir, yalnız bir sıra hallarda sağ qabırğaaltı nahiyədə daimi küt ağrılardan qeyri – müəyyən xarakterli dispeptik əlamətlərdən şikayət edirlər.

Öd kisəsində daşların olmasını USM zamanı da aşkar etmək mümkündür. Diaqnostika üçün mürəkkəb hallarda kompyuter tomoqrafiyası aparılır ki, bu da öd kisəsində daşları aşkar etməyə və təxmini olaraq, onların xarakterini qiymətləndirməyə imkan verir.

Müalicəsi

Təəssüflər olsun ki, həkimin, xəstənin istəyindən asılı olmayaraq öd daşı xəstəliyinin effektiv müalicəsi cərrahı əməliyyat yoludur. Əgər iltihabi proses varsa cərrahı əməliyyat labüddür. Əgər ABŞ kimi ən qabaqcıl ölkədə bu xəstəliyin müalicəsi cərrahiyyə yolu ilə aparılırsa və bu ölkədə ildə 600 min öd daşı əməliyyatı olunursa, deməli başqa üsul hələ aşkar olunmayıb. Xolisistektomiya,yəni öd kisəsinin çıxarılması əməliyyatı vəziyyətdən çıxış yolu üçün ən radikal üsuldur. Xolnsistektomiya iki yolla yerinə yetirilir: kəsiklə və laparoskopiya ilə. Laparoskopiyalı xolesistektomiyanın üstünlükləri onun kosmetik effektində,əməliyyatdan sonrakı dövrün ağrısız keçməsində, xəstənin erkən əmək fəaliyyətinə qayıtmasındadır.

Türkəçarə

Hərəsindən bir xörək qaşığı olmaqla qarğıdalı saçağı, dağ tərxunu, şüyüd müyvələri, aptek çobanyastığı çiçəyi götürülür. Dəmləmədən səhər, günorta, axşam qəbul edilir.

3 ay ərzində 1 stəkan çuğundur şirəsi qəbul edilir. Şirəyə xiyar, kük və qara turpun şirəsi də əlavə edilir, gündə 1 dəfə içili, 4-cü ay gündə 3 dəfə olmaqla qəbul edilir.

Hər gün yeməkdən əvvəl 1 qaşıq zeytun yağı, 1 qaşıq limon suyu və ya balla qarışdırılır, yeməkdən 30-40 dəqiqə əvvəl qəbul edilir.

Zəncirotunu bankaya lay-lay yığıb arasına bal tökülür, 2 həftə günün altında saxlanılır, gündə 3 dəfə 1 çay qaşığı qəbul edilməsi tədricən daşın parşalanmasına və xolesterin daşlarının əriməsinə səbəb olur.

Hər gün 0,5 kq meşə çiyələyi yeyilməsi daşların əriməsinə çox kömək edir.

Azər SALEHLİ

Azərbaycan Tibb Universitetinin tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi