Modern.az

Bakıdakı boya fabrikində yanğın - Nazir də olay yerinə gəldi - YENİLƏNİB - VİDEO

Bakıdakı boya fabrikində yanğın - Nazir də olay yerinə gəldi - YENİLƏNİB - VİDEO

5 İyul 2020, 00:41

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlikdən  Modern.az-a verilən məlumata görə, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

 

Qeyd edək ki,  Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

 

23:26

 

Sobsan boya fabrikində yanğını söndürmək hələlik mümkün olmayıb.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerindədir.

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.


Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib.

 

22:14

 

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.  FHN-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

İlkin məlumata görə, yanğın təxminən 700 kvadratmetr ərazini əhatə edir.

 

21:42

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, yanğın "Sobsan" boya fabrikində başlayıb:

"Hadisə yerinə nazirliyin canlı qüvvəsi cəlb olunub. Ətraflı məlumat açıqlanacaq".

 

21:31

 

Bakıda böyük yanğın başlayıb.

 

Modern.az-ın əməkdaşının məlumatına görə, təxminən Binəqədi rayonu ərazisdə  başlayan yanğının qara tüstüsü Biləcəri qəsəbəsində də qara duman yaradıb. Əraziyə doğru xeyli yanğınsündürən avtomobilləri gedir.

 

Məlumata görə, yanğın Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb. 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi