Modern.az

Bir nəfərlik “Junior Mercedes”

Bir nəfərlik “Junior Mercedes”

Dünya

5 İyul 2020, 09:44

Almaniyada məhdud sayda istehsal olunan miniatür avtomobillərdən birinin sahibi Oğuz Yıldırımın bir nəfərlik maşını görənlərin marağına səbəb olur.

 

Modern.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Oğuz Yıldırım “Junior Mercedes” adlandırdığı avtomobilinin 1974-cü ildə “Mercedes”in R-107 modelindən bəhrələnərək 100 ədəd istehsal olunduğunu bildirib. O qeyd edib ki, bu avtomobildən dünyada ABŞ, İtaliya və İngiltərə kimi ölkələrdə yalnız 60 ədəd qalıb.

 

Avtomobilin 1994-cü ildə Almaniyadan gətirildiyini və atasından ona miras qaldığını deyən O.Yıldırım yola çıxdığı zaman insanların təəccüb içində “Junior Mercedes”i seyr etdiklərini söyləyir. Buna baxmayaraq, avtomobil sahibi onu satmağı düşünür.

 

“Junior Mercedes” bir litr benzinlə 25 kilometr yol qət edir və saatda 40 kilometr sürət yığır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı