Modern.az

Milli Məclis bu gün 10 məsələni müzakirəyə çıxarır

Milli Məclis bu gün 10 məsələni müzakirəyə çıxarır

29 May 2012, 11:23

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Modern.az Milli Məclisin mətbuat xidmətinə istinadən iclasın gündəliyinə çıxarılacaq məsələlərin siyahısını təqdim edir.

1. S.İ.Bektaşinin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

2. "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

5. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbyacan Respublikası qanununun layihəsi haqqında.

7. "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

9. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

10. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir