Modern.az

TQDK-dan şagirdlərə növbəti xəbərdarlıq

TQDK-dan şagirdlərə növbəti xəbərdarlıq

29 May 2012, 11:37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, buraxılış imtahanlarında iştirak etmək üçün tələb olunan sənədləri təqdim etməyən  şagirdlər buraxılış imtahanına buraxılmayacaqlar.  Qeyd edilib ki, şagirdlər imtahana buraxılış vərəqəsini,  şəxsiyyət vəsiqəsini (16 yaşına çatmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi ilə yanaşı təhsil müəssisəsi tərəfindən verilmiş və şagirdin fotoşəkili yapışdırılmış arayışı) təqdim etməlidirlər.

TQDK həmçinin ölkəmizdə təhsil alan əcnəbi şagirdlərin nəzərinə çatdırır ki, onlar buraxılış imtahanında iştirak etmək üçün buraxılış vərəqəsini, şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. 9-cu sinif şagirdləri qeyd olunan sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da təqdim etməlidirlər.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir