Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbəti iclasında Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz bildirilib. Çıxışlarda təklif olunub ki, Milli Məclis Avropa Parlamenti ilə münasibətlərə yenidən baxmalıdır.
Spiker Oqtay Əsədov bildirib ki, sözügedən qətnamənin qəbul edilməsinin qərəzli olması ilə bağlı artıq Avropa Parlamentinin rəhbərliyinə məktub ünvanlanıb.
”Bir il öncə Avropa Parlamentinin yaratdığı AVRONEST PA-nın əsas məqsədlərindən biri də odur ki, üzv ölkələrdə olan məsələlər müzakirə olunsun. Azərbaycana qarşı qəbul olunan qərarın əsas səbəbi Azərbaycanın inkişafı və ona qarşı olan qısqanclıqdır. Bütün müşahidəçilərin rəyinə görə, Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi çox yüksək səviyyədə təşkil olunub. Azərbaycanın inkişafı bəzi qüvvələrdə çox böyük narahatlıq yaradıb".
Milli Məclisin sədr istisna etmir ki, Avropa Parlamentinin bu qərarı erməni lobbisinin təsiri altına düşmüş bəzi qüvvələr tərəfindən qəbul olunub.
"Bir sıra təşkilatlar antiazərbaycan kampaniyasına başlayıb, lakin Azərbaycanı dövlət quruculuğu yolundan heç kim döndərə bilməz", -deyə O.Əsədov vurğulayıb.