Milli Məclisin yaz sesiyasının növbəti plenar iclası keçirilir. Modern.az xəbər verir ki, iclasda Səadət Bektaşinin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələsi müzakirə olunub. Müzakirələr zamanı Milli Məclisin qərarı ilə S.İ. Bektaşi Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
Modern.az