Modern.az

Milli Məclisdən Avropaya etiraz - Çıxışlar

Milli Məclisdən Avropaya etiraz - Çıxışlar

Təhsil

29 May 2012, 14:30

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkilləri Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz ediblər.

Millət vəkili Mübariz Qurbanlı çıxışında qətnamənin qərəzli şəkildə hazırlandığını və bunun Azərbaycana qarşı yeni bir təzyiq forması olduğunu bildirib.

”Onlar öz məqsədlərinə çatmaq üçün ayrı-ayrı ölkələrdən istifadə edirlər. Azərbaycana da bu baxımdan təzyiqlər olunur ki,  bizdən istifadə etsinlər. Çünki, onlar bizim müstəqil siyasət yeritməyimizi istəmirlər. Bizim həm də iqtisadi gücümüzün artması onları narahat edir. Almaniya parlamentində olan deputatlar qeyd edim ki, sifarişlə işləyirlər”-deyə YAP-çı deputat qeyd edib.

Daha sonra hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov çıxışında deputat Səməd Seyidovun səsləndiridiyi fikirlərin çox ciddi olduğunu vurğulayıb:

“Mən hesab edirəm ki,  biz bu məsələdə çox ciddiyik . Müzakirələrə vaxt ayırmalıyıq, bununla bağlı geniş müzakirələr olmalıdır. Ciddi qətnamə, qərar qəbul olunmalıdır, onlara etiraz bildirilməlidir.Mən bunu parlamentdə təmsil olunan YAP-çı deputatlar, böyük bir qrupun çoxluğu adından xahiş edirəm”.

Gülər Əhmədova da səslənən fikirlərlə tam razı olduğunu bildirərək qətnamənin qərəzli olduğunu bəyan edib. Deputatın sözlərinə görə, Azərbaycan Avropanı enerji təhlükəsizliyi ilə təmin etməkdən imtina etməlidir.

“Avropa bizim işlərimizə çox müdaxilə edir. Biz isə özümüzü müdafiə etməklə məşğuluq. Avropa Azərbaycana qarşı əgər belə qərəzli mövqedədirsə , nə üçün Azərbaycan  Avropanın enerji təhlükəsizliyində  öz töhvələrini verib, bu sahədə xidmət edib. Mən hesab edirəm ki, buna lüzum yoxdur. Əgər Avropa bu cür mövqedədirsə, bizdə onu enerji təhlükəsizliyi ilə təmin etməkdən çəkinməliyik”.

Millət vəkili Əli Hüseynli isə Avropa Parlamentinin qəbul etdiyi qətnamənin Azərbaycanda ciddi rezonans doğurduğunu və bunun ölkəmizə qarşı ədalətsizlik olduğunu vurğulayıb.Ə.Hüseynli hesab edir ki, sözügedən qətnaməni qəbul edən deputatlar bundan öncə də Azərbaycana qarşı qərəzli mövqedə olduqlarını nümayiş etdiriblər.

“Bu qeyri-obyektivdir və  heç bir haqqa əsaslanmayıb. Avropa Parlamentinin qətnamə qəbul edilərkən keçirilən sessiyasında çıxış edən deputatlar vaxtı ilə  Cənubi Qafqazla bağlı münaqişələr aparılarkən Azərbaycanın ərazi bütövlüyü əleyhinə səsə veriblər.

Ümumiyyətlə, onlar Azərbaycanı bir mənalı şəkildə sevməyən, ona qarşı  düşmənçilik mövqeyində duran adamlardılar. Artıq bu adamlar siyasi korrupsiyaya uğrayıblar. Avropa parlamenti öz qərarlarına qeyri-ciddi yanaşır. Məsələn Avronestin Azərbaycanda keçirilən sessiyası zamanı İnsan Haqları siyasi məsələlərlə bağlı qətnamə qəbul olunmuşdur. Bu təkcə Azərbaycana yox , bütün Avropa təmsilçiləri ölkələrə aid idi.  Lakin mən təəssüflənirəm ki, həmin qərar icraya yönəlmədi  ki, Avropa Parlamenti Azərbaycana qarşı belə bir qərar qəbul etdi. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın Avronest Parlament Assembileyasında təmsilçilik məsələsinə yenidən baxılmalıdır”

Məsələ ilə bağlı daha sonra millət vəkili Asəf  Haciyev də çıxış edib. Deputat bildirib ki, qətnaməni qəbul edən insanlar xəyanətkar mövqedədirlər.

“Onlar bununla xəyanətkar mövqedə olduqlarını göstərirlər. Çünki Avropa Parlamentində  təmsil olunmaq öz ölkəsini, öz mənafeyini güdmək demək deyil. Onlar Avropa mənafeyini, Avropanın dəyərlərini düşünmədən belə bir qərar qəbul ediblər, biz bunu pisləyirik”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir