Modern.az

Bəxtiyar Hacıyev azad olunması üçün İlham Əliyevə müraciət edib

Bəxtiyar Hacıyev azad olunması üçün İlham Əliyevə müraciət edib

Təhsil

29 May 2012, 16:27

Harvard Universitetinin məzunu, gənc fəal Bəxtiyar Haciyev azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib. Bəxtiyar Hacıyevə dəstək qrupunun üzvləri mayın 29-da Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan gənc fəalla görüşüblər. B.Hacıyev qrupun üzvlərinə  bir neçə gün əvvəl prezident İlham Əliyevə müraciət etdiyini deyib və azadlığa buraxılması ilə bağlı məsələyə baxılmasını istəyib.

2011-ci il martın 4-də həbs olunan B.Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum olunub. O, artıq cəzasının 2/1 hissəsini çəkib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir