Modern.az

Rəbiyyət Aslanova “Deputat-tələbə” müsabiqəsinin qaliblərini seçdi

Rəbiyyət Aslanova “Deputat-tələbə” müsabiqəsinin qaliblərini seçdi

Təhsil

29 May 2012, 17:32

Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin növbəti qalibləri məlum olub. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova elan etdiyi  “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda qalib tələbələri artıq seçib. Deputatın elan etdiyi mövzü ilə bağlı saytda dərc edilən yazılardan ən yaxşı 15-i seçilərək ona təqdim olunub. Qaliblər də həmin yazıların müaəllifləri arasından seçilib.

Musabiqə martın 30-da elan olunub və yazıların qəbulu aprelin 15-də başa çatıb. Yazılara deputatın özü baxıb və qiymətləndirib.

R.Aslanova müsabiqədə 1-ci yeri Qərb Universitetin Filalogiya fakültəsinin tələbəsi Suzana Vəliyevaya, 2-ci yeri Bakı Dövlət Universitetinin tələbəsi Peykər İbrahimovaya, 3-cü yerə isə Qərb Universitetin Beynəlxalq Jurnalistika fakültəsinin tələbəsi Pərvin Rzayevaya verib.

Deputat sabah saat 11-00-da Modern.az-ın ofisində qalib tələbələrə mükafatları təqdim edəcək. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir