Modern.az

Milli Məclis Avropa Parlamentinə etiraz bəyanatı qəbul edib

Milli Məclis Avropa Parlamentinə etiraz bəyanatı qəbul edib

Təhsil

29 May 2012, 17:55

Modern.az-ın məlumatına görə,  Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat qəbul edilib.

Bəyanatda qeyd olunur ki, Avropa Parlamentinin 56 deputatın iştirakı ilə tez-tələsik qəbul etməsi anlaşılmazdır:

 “Müxtəlif siyasi güclərin təsiri altında olan beynəlxalq QHT-lər Azərbaycan əleyhinə bəyanatlar verirlər. Azərbaycan beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir. Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən biridir. Bu qurum yaradılarkən mübahisəli məsələlərin bu qurumda müzaikrə ediləcəyinə inanırdı.

 Lakin Avronest Parlament Assambleyasında müzakirə aparılmadan Avropa Parlamentində belə qərar qəbul olunub. Erməni lobbisinin təsiri altında olan qruplar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olmaq üçün Azərbaycanda insan hüquqları məsələsini bəhanə edirlər.

 Əslində niyyət insan hüquqları olsaydı, Ermənistanda insan hüquqları qabardılardı. Qəbul edilmiş son qətnamə ikitərəfli münasibətlərin inkişafına fayda gətirmir, Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində görülən işlərə kölgə salır”.

Bəyanatda vurğulanır ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı yönəlmiş qərəzli, ədalətsiz aktdır:

 “Avropa Parlamentinin nəzərinə çatdırılır ki, Azərbaycana ikili standartlarla yanaşması yolverilməzdir. Milli Məclisin Aparatına tapşırılır ki, bu qərar Avropa Parlamentinin qətnamənin qəbulunda iştirak etməyən üzlərinə çatdırsın”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir