Modern.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan parlamentinin növbədənkənar iclaslarının keçirilməsi barədə qərar imzalayıb. Spiker bununla bağlı əlavə məlumat veriləcəyini deyib, lakin növbədənkənar iclasların vaxtını açıqlamayıb.
Daha sonra O.Əsədov Milli Məclisin yaz sessiyasının başa çatdığını elan edib.
Parlamentin yaz sessiyasına Azərbaycanın dövlət himninin oxunması ilə yekun vurulub.
Spiker qeyd edib ki, 81 millət vəkili müraciət edərək iyun ayında Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsini xahiş ediblər.
Modern.az