Modern.az

Azərbaycanlı qadın siyasətçilər Ərdoğanla görüşüblər - FOTOLAR

Azərbaycanlı qadın siyasətçilər Ərdoğanla görüşüblər - FOTOLAR

30 May 2012, 10:04

Yeni Azərbaycan Partıyasının Qadınlar Şurasının sədrı Nurlana Əliyeva , millət vəkilləri, YAP Nəsimi Rayon Təşkilatının  sədri Məlahət İbrahimqızı və  YAP Nizami Rayon Təşkilatının sədri  Sədaqət Vəliyeva bu ilin may ayının 25-28-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP-nin Qadın Qolunun Qurultayında iştirak ediblər.

YAP-çı xanımlar qurultayla bərabər bır sıra görüşlərdə də iştirak ediblər. Qurultayda  Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva cıxış edərək iki partiya arasında əməkdaşlıqdan söz açıb.

YAP funksionerləri Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan, xarici işlər naziri Əhməd Davutoğlu, ailə və sosial siyasət nazırı Fatma Şahinlə görüşüblər. Onlar həmçinin Ərdoğanın, Fatma Şahinin verdiyi zıyafətdə iştirak ediblər. Gələcək əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Səfər çərçivəsində azərbaycanlı qadın siyasətçilər Ankara Böyük Şəhər Bələdiyyə başkanı Məlik Gökceyin təşkil etdiyi AKP-nin Ankara şöbəsinin qadınları ilə sosial proqramda da iştirak ediblər. Bələdiyyədə qadınların təmsilçiliyi və iştirakı haqqında məlumatlar verilib. Qurultayda Kolorada ştatını təmsil edən ABS senatoru, Almaniya, İngiltərə, Tunis və Rusiya daxıl olmaqla 40-a yaxın ölkədən 70-dən çox əcnəbi qadın siyasətçi iştirak edib.

 

 

 

 

 

 

 

Modern.az                                  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir