Modern.az

Ermənilərlə təmas xəttində növbəti monitorinq olacaq

Ermənilərlə təmas xəttində növbəti monitorinq olacaq

Təhsil

30 May 2012, 10:28

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 31-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir