Modern.az

QHT Şurasının dəstəyi ilə yeni layihənin icrasına başlanıb

QHT Şurasının dəstəyi ilə yeni layihənin icrasına başlanıb

Təhsil

30 May 2012, 12:30

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ərzaq Təhlükəsizliyi Uğrunda “ İctimai Birliyi “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə dəstək” mövzusunda layihənin icrasına başlayıb.

Layihənin  məqsədi kənd təsərrüfatı məhsulları istehsalında  uzun müddət istifadə olunmuş, yerli şəraitə daha yaxşı uyğunlaşan, ətraf mühitin  və bioloji müxtəlifliyin qorunmasında mühüm rol oynayan, indiki və gələcək nəsillərin istifadəsinə imkan verən mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi barədə fermerləri və digər kənd təsərrüfatı işçilərini maarifləndirmək və onlara dəstək verməkdir.

Layihənin məqsədinə nail olunması üçün bioloji müxtəlifliyin mühafizəsində mədəni bitkilərin mühafizəsinin və   beynəlxalq əməkdaşlığın rolu, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində mədəni bitkilərdən səmərəli istifadə olunmasının əhəmiyyəti, genetik modifikasiya olunmuş orqanizmlərdən istifadənin bioloji müxtəlifliyə və mədəni bitkilərin mühafizəsinə təsiri, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinin və səmərəli istifadəsinin  kənd təsərrüfatı məhsulları istehsalına və insan sağlamlığına təsiri, Azərbaycan Respublikasına məxsus  mədəni bitkilərin(brendlərin) mühafizəsi və gələcək nəsillərə ötürülməsinin vacibliyi, habelə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinin və səmərəli istifadəsinin hüquqi bazası haqqında geniş material toplanacaqdır.

Bunun üçün müxtəlif ədəbiyyatlardan, internet resurslarından və digər mənbələrdən istifadə etməklə məlumatlar əldə edilərək sistemləşdiriləcəkdir. Bu məlumatlar çap ediləcək və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan  fermerlərə , digər fiziki və hüquqi şəxslərə müxtəlif regionlarda keçirilən görüşlərdə ətraflı izah ediləcək, bu məsələlərin həllində onların  hüquq və vəzifələri müəyyən olunaraq müzakirələr aparılacaqdır. Müzakirələrin yekunu təhlil edilərək bu istiqamətdə görülməli olan işlər müəyyən ediləcək və müvafiq orqanlara təkliflər təqdim olunacaqdır. 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir