Almaniyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün növbəti yoxlama matçına çıxacaq. Modern.az-ın məlumatına görə, milli komandamız bu dəfə Andorra yığması ilə qarşılaşacaq. Frankfurt şəhərində baş tutacaq Yoldaşlıq görüşündə üstün tərəf kimi yığmamız göstərilir.
Qeyd edək ki, yığmamız rəqibi ilə 4 dəfə qarşılaşıb. Bu qarşılaşmaların heç birində millimiz məğlub olmayıb. Sonuncu dəfə bu komandalar 2008-ci ildə üz-üzə gəliblər. Yoldaşlıq oyunları çərçivəsində baş tutan görüş 2:1 hesabı ilə millimizin xeyrinə başa çatmışdı. Maraqlı məqamlardan biri də odur ki, Andorra yığması son 35 oyunun hamısında məğlub olub. Oyunun start fiti Bakı vaxtilə 20:00 səsləndiriləcək.
Anar Kəlbiyev