Modern.az

Rəbiyyət Aslanova tələbələri mükafatlandırdı - FOTOLAR

Rəbiyyət Aslanova tələbələri mükafatlandırdı - FOTOLAR

Təhsil

30 May 2012, 14:05

Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin növbəti qalibləri mükafatlandırılıb.

Modern.az saytının ofisində qalib tələbələrlə görüşən millət vəkili Rəbiyyət Aslanova onları təbrik edib, gələcək fəaliyyətlərində uğur və məqsəd aydınlığı arzulayıb. “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunun kifayət qədər ciddi məsələyə həsr olunduğunu deyən millət vəkilinin sözlərinə görə, müstəqillik əldə etdiyimiz bütün bu illər ərzində ən vacib məsələlərdən biri yeni nəslin formalaşmasıdır.
“İtalyanların gözəl sözü var. “Biz əvvəlcə İtaliyanı yaratdıq, indi isə italyanları formalaşdırırıq”. Yəni yeni çağırışlara hazır olan, onları anlayan, dövlətin sabahı üçün məsuliyyət hissi yaşayan yeni bir nəslin formalaşması dövlətin sabahıdır və demək olar ki, o suverenliyin qarantıdır. Bu baxımdan təsadüfi deyil ki, bu gün dövlətimiz, dövlət başçımız yaradıcı, yeni düşüncə, yeni təfəkkür tərzinə malik olan gənclərin formalaşmasına xüsusi önəm verir. Sizin yazılarınızda da “siz bunu necə görürsünüz”, “bu gün Azərbaycanda yaranan mühit gənclərin formalaşması üçün nə qədər məqbuldur” suallarına cavab və əldə etdiyimiz uğurlar, bundan sonra yaşayacağımız yeni məqamlar əks olunmuşdu ki, bu da məsələyə münasibətinizdən xəbər verir. Mənim üçün çox xoş idi ki, bu gün Azərbaycan gəncləri bizim o çağırışımıza cavab verdilər”.
Daha sonra Rəbiyyət Aslanova qalib elan etdiyi tələbələri mükafatlandırıb.
Millət vəkili 1-ci yerin qalibi Qərb Universitetin Filalogiya fakültəsinin tələbəsi Suzana Vəliyevaya İPAD, 2-ci yerin qalibi Bakı Dövlət Universitetinin tələbəsi Peykər İbrahimova və 3-cü yerin qalibi Qərb Universitetin Beynəlxalq Jurnalistika fakültəsinin tələbəsi Pərvin Rzayevaya isə Blacberry telefonları verib.
Xatırladaq ki, Modern.az saytının başladığı “Deputat-tələbə əməkdaşlığı” layihəsi çərçivəsində artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva, 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva iştirak ediblər və qalib tələbələri mükafatlandırıblar.





Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir