Modern.az

Azərbaycandakı 1718 bələdiyyənin xəritəsi ilin sonunda təhvil veriləcək

Azərbaycandakı 1718 bələdiyyənin xəritəsi ilin sonunda təhvil veriləcək

Təhsil

30 May 2012, 17:03

“Sumqayıt bələdiyyələrinin xəritəsi artıq hazırdır. Bakı bələdiyyələrinin xəritəsi üzərində işlər davam etdirilir”

Bunu Modern.az saytına açıqlmasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq ehtiyatlarından istifadəyə, geodeziya və xəritəçəkmə işlərinə dövlət nəzarəti baş idarəsinin rəisi Lütfi Məhərrəmov deyib. Onun sözlərinə görə, Sumqayıt bələdiyyələrinin xəritəsi hazır olsa da, Bakı bələdiyyələrinin xəritəsi üzərində hələki, işlər davam etdirilir:

“Hər üç mülkiyyət formasının kommunikasiya xətləri var. Bu gün desək ki, filan ərazi bələdiyyənindir, baxıb görərik ki, həmin ərazinin altından neft, qaz kəməri keçir. Ona görə də bunlar hamısı dəqiqləşdirilməli,  şəhər kadastrı aparılmalıdır”.

İdarə rəisi hazırlanan bələdiyyə xəritələri ilin sonuna kimi təhvil veriləcəyini deyib:

“Əvvəl 3600-dən çox bələdiyyə var idi. Bir neçə bələdiyyə bir bələdiyyənin ərazisində birləşdirildi. Belə ki, onların bəziləri  birləşərək  1718 bələdiyyə oldu. İndi həmin birləşmiş bələdiyyələrin xəritələri hazırlanır. Proses ilin axırına kimi tamamlanmalıdır. Xəritələr hazırlanıb elektron variantda təqdim ediləcək”.  

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir