Modern.az

Kütləvi olaraq koronavirus testlərinə ehtiyac yoxdur - TƏBİB-in şöbə müdiri

Kütləvi olaraq koronavirus testlərinə ehtiyac yoxdur - TƏBİB-in şöbə müdiri

Aktual

10 İyul 2020, 17:46

Kütləvi olaraq koronavirus testlərinin aparılması tövsiyə olunmur.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

 

Y.Qarayeva deyib ki, bu, insnalarda müəyyən rahatlığa gətirib çıxara bilər:

 

"Ona görə də daha çox simptomları olan şəxslərin test verməsi daha məqsədəuyğundur".


Onun sözlərinə görə, koronavirusdan sağalan insanlarda test nəticəsi pozitiv göstərə bilər, amma bu, yoluxucu sayılmır.


Y.Qarayeva deyib ki, vətəndaşın 21 günlük izolyasiyadan sonra iş yerlərində test nəticəsi tələb olunması düzgün deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et