Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 27-də keçirtdiyi sonuncu sınaq imtahanın nəticələrini açıqlayıb. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. TQDK rəsmisi bildirib ki, mayın 27-də keçirilən sınaq imtahanın nəticələri dünən açıqlanıb və artıq komisiyanın internet (//tqdk.gov.az/sinaq2012netice/ ) səhifəsinə yerləşdirilib.
Qeyd edək ki, TQDK mayın 27-də 30 şəhərində sınaq imtahanı keçirib. 2012-ci ilin sonuncu sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Qobustan, Mingəçevir, Samux, Gədəbəy, Qazax, Ağstafa, Goranboy, Yevlax, Şəki, Ağcabədi, Göyçay, Kürdəmir, Zərdab, Ağsu, Fizuli, Beyləqan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Lənkəran, Lerik, Quba, Şabran və Siyəzən şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 50 binada keçirilib. Bu sınaq imtahanda iştirak etmək üçün 31188 abituriyent qeydiyyatdan keçmişdi.
Mail Ağaxanov