Modern.az

Çingiz Abdullayev, Aqil Abbas, Sabir Rüstəmxanlı Bakıdakı kitab yarmarkasında...

Çingiz Abdullayev, Aqil Abbas, Sabir Rüstəmxanlı Bakıdakı kitab yarmarkasında...

31 May 2012, 12:20

Bugün Sabir bağında kitab yarmarkası keçiriləcək. Modern.az-ın məlumatına görə yarmarka saat 11-dən axşam saat 19:00-a qədər davam edəcək. Qeyd edək ki, bir çox kitab evləri bu yarmarkada  əvvəlki nəşrlərlə bərabər yeni nəşr olunan kitabları da oxuculara təqdim edəcək. Kitab yarmarkasında tanınmış yazıçılar Çingiz Abdullayev, Aqil Abbas, Sabir Rüstəmxanlı, Elxan Qaraqan və eləcə də yeni kitabları çap olunmuş digər yazıçılar iştirak edəcək.

Bundan başqa, “Qanun” Nəşrlər evi stendinin önündə iki böyük səbət olacaq. Birində 1 manatliq, 2-cisində isə 2 manatlıq kitablar satılacaq. Bu səbətlərdə həm hüquq, həm də bədii kitablar oxuculara təqdim olunacaq.

 

Sevinc İLTİFATQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?