Modern.az

Xamneyinin müşavirindən Azərbaycana müdaxilə ilə bağlı açıqlama

Xamneyinin müşavirindən Azərbaycana müdaxilə ilə bağlı açıqlama

Təhsil

31 May 2012, 12:27

Eks xarici işlər naziri Əli Əkbər Vilayəti: “Ümidvarıq ki, Azərbaycan hökuməti iki ölkə arasındakı mövcud maneələrin aradan qaldırılması istiqamətində öz səyini göstərəcək”

“İran İslam Respublikası olaraq heç bir ölkənin, o cümlədən Azərbaycanın daxili məsələlərində müdaxiləmiz yoxdur”. Modern.az bildirir ki, bu sözləri Mehr Agentliyinə müsahibəsində  İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti bildirib.

Eks-xarici işlər naziri qeyd edib ki, İran və Azərbaycan xalqlarının müştərək din, məzhəb, tarix və mədəni ortaqlıqları var.

“Azərbaycanla İran arasında münasibətlərində anti-islam hərəkətlərin davam etməyəcəyini proqnoz edirik. Hazırda bəzi işlərin görülməsi mümkündür”-deyə o vurğulayıb.

"Eyni halda ümidvarıq ki, Azərbaycan hökuməti iki ölkə arasındakı mövcud maneələrin aradan qaldırılması istiqamətində öz səyini göstərəcək və dövlətlər arasındakı münasibətlərin inkişafı istiqamətində öz xalqının istəyinə diqqət yetirəcək" –deyə Vilayəti qeyd edib.

X. SƏFƏROĞLU
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir