Modern.az

Ali məktəblər məzun gününün tarixini açıqladılar

Ali məktəblər məzun gününün tarixini açıqladılar

Təhsil

31 May 2012, 13:06

Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl ali məktəblər ənənəvi olaraq hər il məzun günü keçirirlər. Modern.az builki məzun günü ilə bağlı bəzi ali məktəblərdən sorğu edib.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova  bildirib ki, məzun günü ənənəvi olaraq hər il keçirilir. Bu il BDU-da məzun günü iyunun 28-də keçiriləcək.  

Azərbaycan Dövlət Pedaqoji Universitetin
(ADPU) mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, bu ali məktəbdə məzun günü iyun ayının axırında keçiriləcək.
”ADPU-də məzun günü çox yüksək səviyyədə təşkil olunur. Tədbirdə Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri, Təhsil Nazirliyin nümayəndələri, ADPU-nu əvvəlki illərdə bitirib xüsusi nüfuzu ilə sayılıb-seçilən məzunlar da iştrak edirlər. Tədbir rəsmi və bədii hissədən ibarət olur. Məzun günündə  ADPU-də təhsildə xüsusi fərqlənənlərin adları çəkilir, eyni zamanda universiteti fərqlənmə diplomu ilə bitirənlərə diplomlar təqdim olunur”.     

Bakı Slavyan Universitetinin
(BSU) təlim-tərbiyə işləri üzrə prorektoru Oktay Səmədov məzun günunun iyunun axırlarında keçiriləcəyini deyib:  “Universitetimiz hər il olduğu kimi məzun günunə hazırlaşır. Tədbir adətən iyun ayının axırlarında olur. Çünki iyunun axırlarında imtahanlar başa çatır”.  

Qfqaz Universitetinin
(QU) mətbuat şöbəsinin əməkdaşı Fuad Şərbətov bildirib ki, digər ali məktəblər onlar bu il keçiriləcək məzun günunün tarixini hələ dəqiqləşdirməyiblər, amma keçiriləcək. F.Şərbətov tədbirin adətən imtahanlar başa çatandan sonra baş tutduğunu deyib: “Məzun günü bizdə adətən imtahanlar başa çatdıqdan sonra keçirilir. Bu da iyun ayının ortalarından sonra, yaxud da ən geci ayın axırı keçirilir”.  

Mail Ağaxanov
     
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir