Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 01-də hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru güclənəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 27-31 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mövsüm üçün səciyyəvi olan temperatur rejimi meteohəssas insanlar üçün müsbət amil olsa da, iyunun 01-i axşam və iyunun 02-də atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Modern.az