İnsan Haqları Uğrunda İctimai Birliyin (İB) sədri Eynulla Fətullayev qadın və yeniyetmələrin saxlandığı cəzaçəkmə müəssisəsində monitorinq keçirib. Bu barədə Modern.az-a E.Fətullayev özü məlumat verib.
E.Fətullayev bildirib ki, bu gün “İnsan Haqları Uğrunda”İB olaraq qadın və yeniyetmə məhkumların saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib. 4 saat ərzində məhkumların saxlanma şəraiti ilə tanışlıq keçirən QHT rəhbəri məhkumların saxlanma şəraitinin Avropa Penitensiar Qaydalarına cavab verdiyi qənaətinə gəlib. “Bu ilin sonunda qadınlar üçün inşa olunan yeni cəzaçəkmə müəssisəsinin və istintaq təcridxanasının istifadəyə verilməsi gözlənilsə də, lakin bu köhnə həbsxanada aparılan təmir işlərindən sonra vəziyyət qənaətbəxş hesab oluna bilər.
QHT sədri monitorinqdən sonra bu müəssisədə saxlanan Hacı Məmmədovun həyat yoldaşı Nailə
Quliyevə və Şəmkirin keşmiş icra başçısı Aslan Aslanovun oğlunun qatilində
ittiham olunan Lamiyə Qiliyeva ilə görüşərək, xüsusilə onların saxlanma şəraiti ilə maraqlanıb.
E.Fətullayev monitorinq Almaniyanın xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirildiyini deyib.
Modern.az