Modern.az

Azərbaycandan 100 jurnalist Türkiyəyə gedəcək

Azərbaycandan 100 jurnalist Türkiyəyə gedəcək

31 May 2012, 16:26

Hər il olduğu kimi bu il Türkiyədə ənənəvi Beynəlxalq Türk dili olimpiadası keçiriləcək. 10 ildir davam edən olimpiadanın açılış mərasimində iştirak etmək üçün Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycandan 100 mətbuat nümayəndəsi qardaş ölkəyə səfər edəcək. Bu barədə Modern.az-a Qafqaz universitetindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində media nümayəndələri Beynəlxalq Türk Dil Olimpiadası ilə bağlı tədbirlərə qatılacaq, olimpiada çərçivəsində təşkil olunacaq Azərbaycan mədəniyyətinin tanıtıma aid mərasimdə iştirak edəcəklər.

Bu il 10 illik yubileyini qeyd edəcək olimpiada mayın 31-dən iyun ayının 14-dək Türkiyənin müxtəlif şəhərlərində keçiriləcək. Olimpiadaya 135 ölkədən nümayəndə heyəti iştirak edəcək.

Qeyd edək ki, iştirakçılar türk dilində şerlər söyləyəcək, rəqslər edəcək və başqa kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdirəcəklər. Olimpiadanın keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrində türk dilinin gözəlliyini və əzəmətini nümayiş etdirmək, tanıtmaq və sevdirməkdir. Ötən il Azərbaycan olimpiadada 7 qızıl, 10 gümüş, 4 bürünc medal qazanıb. Bu günə kimi isə Azərbaycan bu olimpiadada ümumi 77 medal qazanıb ki, bunlardan   22-si  qızıl, 38-i gümüş, 17-si bürünc medal qazanıb.  

Olimpiadanın rəsmi bağlanma mərasimi İstanbulda təşkil olunacaq.

Gültəkin Ələsgər

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir