Modern.az

Türkiyəli deputat: “Biz işimizi həll etdik, indi söz Azərbaycanındır”

Türkiyəli deputat: “Biz işimizi həll etdik, indi söz Azərbaycanındır”

31 May 2012, 17:18

Türkiyənin sabiq daxili işlər naziri, AKP-li millət vəkili Abdülkadir Aksu Modern.az saytına açıqlama verib.

Azərbaycanla Türkiyə arasında mövcud münasibətlərindən danışan, bu əlaqələrin dərin köklər üzərində qurulduğunu deyən Aksu bildirib ki, Türkiyə bundan sonra da Azərabaycana hərtərəfli kömək əlini uzadacaq.

“Mən hesab edirəm ki, bu  iki ölkə arasındakı əlaqələr bundan sonra daha da güclənəcək. Azərbaycan və Turkiyə iki qardaş ölkədirlər. Türkiyə həmişə  Azərbaycanın yanında olub və bundan sonrada olacaq”.

Türkiyəli deputat daha sonra ölkələrimiz arasındakı viza məsələsinə toxunaraq, Azərbaycan tərəfinin viza rejimini ləğv etməyə çağırıb.

 “Viza məsələsi sizdən aslıdır. Biz Türkiyə olaraq öz üzərimizə düşən işi yerinə yetirdik. Yerdə qalan işlər Azərbaycan tərəfinə aiddir.  Mən inanıram ki, Azərbaycan da viza rejimini aradan qaldıracaq. İndi söz Azərbaycanındır. Bunun səbəbini də məncə, Azərbaycanda bu işlə məşğul olan insanlardan soruşmaq lazımdır”- deyə A.Aksu qeyd edib.  

 Modern.az     

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir