Modern.az

Baş Prokurorluq 100 nəfər işçi axtarır

Baş Prokurorluq 100 nəfər işçi axtarır

Təhsil

31 May 2012, 17:20

Baş Prokurorluq  prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə növbəti  müsabiqə elan edib. Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, qanunvericiliklə müəyyən edilən tələblərə cavab verən və prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər müvafiq sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər.

Sənədlər Baş Prokurorluğun inzibati binasında 05 iyun 2012-ci il tarixdən 31 avqust 2012-ci il tarixədək qəbul olunacaq.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək. Müsabiqədə bərabər nəticələr əldə edən  şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcək.

Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. 

Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar. Müsabiqənin test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar. Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə kütləvi informasiya vasitələrində, o cümlədən, Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az ) və Qəbul otağında yerləşdirilən  lövhədə əlavə məlumat veriləcək.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir