Modern.az

TQDK imtahana buraxılmayanların sayını açıqladı

TQDK imtahana buraxılmayanların sayını açıqladı

Təhsil

31 May 2012, 17:48

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ilində üzrlü səbəblərdən tam və orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb. Bu barədə TQDK-nın mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində tam orta təhsil səviyyəsi üzrə 540, ümumi orta təhsil səviyyəsi üzrə 252, Gəncədə tam orta təhsil səviyyəsi üzrə 7, ümumi orta təhsil səviyyəsi üzrə 7, Sumqayıtda tam orta təhsil səviyyəsi üzrə 37, ümumi orta təhsil səviyyəsi üzrə 27 nəfər buraxılış imtahanından azad edilib.

Qeyd edək ki, bu şagirdlər Təhsil Nazirliyinin əmri ilə səhhətləri ilə əlaqədar buraxılış imtahanlarından azad ediliblər. Respublikanın digər rayon və şəhərləri üzrə imtahandan azad edilmiş şagirdlərin adlı siyahısı TQDK-nın rəsmi saytında (//www.tqdk.gov.az) yerləşdirilib.

Komissiya həmçinin əldə etdikləri nailiyyətlərə görə buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını da açıqlayıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir