Mayın 31-də - “Son zəng” günü Yevlax şəhərində iki məktəbli avtomobil qəzası nəticəsində həlak olub. Modern.az ANS TV-yə istinadən xəbər verir ki, Yevlax şəhərində qarşı-qarşıya gələn VAZ-2106 və VAZ-2107 markalı “Jiquli” avtomobili toqquşub və hadisə nəticəsində 2 nəfər məzun dünyasını dəyişib, digər bir neçə məzun isə ağır yaralanıb.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun 25 may tarixli fərmanı ilə “Son zəng” mərasiminin məktəbdən kənarda keçirilməsi qəti qadağan olunmuşdu.