Millət vəkili Qənirə Paşayeva Türkiyənin Amasiya Universitetində təşkil edilən “Qarabağdan Amasiyaya könül körpüsü: Beynəlxalq Mir Həmzə Seyid Nigarı” adlı simpoziumda iştirak edib. Deputat tədbirdə “Seyid Mir Həmzə Nigari və Qarabağ məsələsi” mövzusunda açılış çıxışı və məruzə edib.
Türk millətinin mənəviyyat dünyasının, irfan, divan ədəbiyyatının zənginləşməsində misilsiz rol oynamış Seyid Mir Həmzə Nigari və onun fəlsəfəsi barədə ətraflı çıxış edən millət vəkili gənclərimiz bu cür böyük insanlarımızı daha geniş tanımalı, anmalı və anlamalıdır deyib.
Q.Paşayeva Qarabagda doğulmuş Seyid Mir Həmzə Nigarinin böyük bir din, bilim adamı, bir aydın olmaqla bərabər bir vətən, millət sevdalısı olduğunu söyləyib. O, Rus İmperiyası tərəfindən Türk torpaqlarının, Anadolunun işğalı zamanı Seyid Mir Həmzə Nigarinin öz müridləri ilə torpaqlarımızın müdafiəsinə qalxması, hələ ö dövrlərdə Azərbaycan, onun gözəl guşəsi olan Qarabağın rus imperiyası tərəfindən işğalını anladan, ağrıları, acıları və Qarabağa məhəbbəti özündə əks etdirən, insanlarımızı Qarabağ mücadiləsinə cağıran şerindən də danışıb.
Deputat qeyd edib ki, o zamanlar Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şeirində bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu iztiraba qərq etdiyini ifadə edir. “Bununla birlikdə, sanki o, 100 il sonra Qarabağın rus hərbi birləşmələrinin də dəstəyi ilə ermənilər tərəfindən işğal edilib talan ediləcəyini fəhm ilə hiss etmiş kimi bu günkü qarabağlıların ağrı-acılarını da heyrətamiz duyğu, hissiyyatla duyub yaşamış və nəzmə çevirmişdir”
Mir Həmzə Seyid Nigarinin xalq arasında böyük nüfuz sahibi olmasını təmin edən fəlsəfi dünyagörüşündən də danışan Qənirə Paşayeva onun tək övliya, şair, filosof, alim deyil, həm də xalqının istiqlalı uğrunda mübarizə aparan bir şəxs kimi də könüllərdə taxt qurduğunu deyib.
|
|
Modern.az