İngiltərədə COVİD-19-la bağlı insanlar üzərində aparılan kliniki sınaqlarda növbəti mərhələyə start verilib.
Modern.az xəbər verir ki, “İmperial Kollec London” Mərkəzi tərəfindən COVİD-19-a qarşı peyvəndin tapılması üçün 15 könüllü üzərində aparılan kliniki sınaqlarda uğur əldə edilib.
Yeni mərhələdə 18-75 yaş arası 105 könüllü ilə təcrübələrin davam edəcəyi bildirilib. Təcrübələr çərçivəsində peyvəndin insan bədəninə təsiri müşahidə ediləcək.