Suriyada Xalq Şurasına seçkilər keçirilir.
Modern.az-ın Suriya dövlət televiziya və radio şirkətinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla səhər saat 8.00-da açılıb.
Məlumatda bildirilir ki, səsvermə başlamazdan bir saat əvvəl onlarla vətəndaş məntəqələrə gəlib.
Qeyd edək ki, ölkədə 7331 seçki məntəqəsi var.