Modern.az

Azər Həsrət meydana qayıdır, həm də səs-küylə

Azər Həsrət meydana qayıdır, həm də səs-küylə

Media

3 İyun 2012, 16:33

Modern.az saytına daxil olan məlumata görə, əvvəllər yazıları və fəaliyyəti ilə diqqət mərkəzində olan Azər Həsrət yenidən meydana qayıdır. Daha doğrusu, yaxın vaxtlarda onun jurnalistika sahəsində yeni və kifayət qədər səs-küy yaradacaq bir işi gerçəkləşdirmək iddiasında olduğu söylənilir.

Lakin bu məlumatı bizə verən mənbə həmin fəaliyyətin konkret nədən ibarət olacağı haqqında heç nə deməyib. Sadəcə bildirib ki, Azər Həsrətin gedişi kimi, dönüşü də xeyli səs-küyə səbəb olacaq. Böyük ehtimalla bu dönüş Azərbaycanda fəaliyyət göstərən jurnalist qurumlarını da hərəkətə gətirəcək.

Məlumatın nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək məqsədilə Azər Həsrətin özü ilə əlaqə saxladıq. Lakin o, bu məlumatı nə təsdiq etdi, nə də təkzib. Sadəcə olaraq «hələlik heç nə demək istəmirəm. Gəlin bir az da gözləyək. Əgər nəsə olarsa, o zaman ilk məlumatı Modern.az-ın oxucuları biləcəklər» dedi. 

Bir neçə il əvvələdək jurnalistka sahəsində ön sıralarda yer alan, bir sıra jurnalist qurumlarının yaradılmasında fəal şəkildə iştirak edən, həmçinin, Jurnalistlərin Həmkarlar İttifaqının əsasını qoyan Azər Həsrət sonradan bu istiqamətdəki fəaliyyətinə ara verdi. Bu müddət ərzində, ara-sıra köşə yazıları ilə çıxış edən Azər Həsrət əsasən, Orta Asiya və türk dünyası ilə bağlı fəaliyyətə üstünlük verdi.

Lakin əldə etdiyimiz bu məlumat onun yenidən KİV sahəsində aktiv fəaliyyətə başlayacağına işarə edir.   

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi