Modern.az

Almaniyada miqrantlarla qarşıdurma: 5 polis yaralandı

Almaniyada miqrantlarla qarşıdurma: 5 polis yaralandı

20 İyul 2020, 23:58

Almaniyanın Frankfurt-Mayn şəhərində üç minə yaxın insanın açıq havada küçə şənliyi etmək istəməsindən sonra başlayan qarşıdurmada beş polis yaralanıb.



Modern.az “Deutsche Welle”-ə istinadən xəbər verir ki, saxlanılan qırx nəfərdən çoxu miqrantlardır.



Tutulanlardan doqquz nəfərin Frankfurt sakini olduğu, qalanların digər ərazilərdən gəldiyi bildirilir.



Yerli mətbuatın yazdığına görə, Frankfurtda ictimai həyatda məhdudiyyətlər qaldırıldıqdan sonra gənclər arasında populyarlaşan kütləvi küçə şənlikləri ekoloji problemlər də yaradıb. Bələdiyyə xidmətləri şəhərin ətrafında əlavə 400 zibil qutusu qoyub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...