Modern.az

3 nəfər “2 aprel” məhbusu azadlığa buraxılacaq

3 nəfər “2 aprel” məhbusu azadlığa buraxılacaq

4 İyun 2012, 12:15

Bu gün 2 aprel hadisələri zamanı həbs olunan 3 vicdan məhbusu azadlığa buraxılacaq. Bu barədə Modern.az saytına hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. S.Qocamanlı qeyd edib ki, onların müraciətləri əsasında yerdə qalan digər vicdan məhbuslarının da yaxın günlərdə azadlığa buraxılacağı gözlənilir.

“Bu gün 3 məhbusun azadlığa buraxılacağı gözlənilir. Hazırda biz bu prosesləri izləyirik. Qeyd edim ki, yerdə qalan digər 11 nəfərin başda Arif Hacılı olmaqla tezliklə azadlığa buraxılacağına ümid edirik. Inanıram ki, onlar da tezliklə buraxılacaqlar”-deyə S.Qocamanlı qeyd edib.

Hüquq müdafiəçisi azadlığa buraxılanların kimliyinin hələ dəqiq bilinmədiyini vurğulayıb. "Biz hələlik dəqiq bilmirik azad olunanlar kimdirlər.Lakin ya bu gün, ya da sabah onlar mütləq azad olunacaqlar"

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir