Modern.az

TQDK Bakıdakı buraxılış imtahanlarının cavablarını açıqlayacaq

TQDK Bakıdakı buraxılış imtahanlarının cavablarını açıqlayacaq

4 İyun 2012, 12:24

Tələbə Qəbulu üzrə Dovlət Komissiyası (TQDK)  iyunun 2-də və 3-də Bakı şəhərində Azərbaycan və rus bölməsi bölməsi şagirdlərinin, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsi şagirdlərinin buraxılış imtahanlarının nəticələrini yaxın vaxtlarda açıqlayacaq. Bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a məlumat verib.

E.Nağızadə bildirib ki, hazırda keçirilən imtahanan bağlı  emal prosesi gedir. Yaxın vaxtlarda nəticələr açıqlanacaq və sabah, ya da o biri gün TQDK-nın (//tqdk.gov.az/ ) internet saytında yerləşdiriləcək. Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dovlət Komissiyası (TQDK) tərəfindən keçirilən buraxılış imtahanlarında şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdiyi gündən etibarən 10 günədək müddətdə elan ediləcək.

Mail Ağaxanov
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir