Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Təhsil

4 İyun 2012, 12:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20i, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə olacağı gözlənilir.

Respublikanın rayonlarında isə hava gün ərzində əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

İyunun 5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

İyunun 6-7-də meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir