“İmtahanlar arasında qısa fasilə adaptasiyanı asanlaşdırır”
Orta məktəblərdə buraxılış imtahanları keçirildi. Təxminən bir ay sonra isə ali məktəblərə qəbul imtahanları başlayacaq. İki imtahan arasındakı qısa fasilə gənclərin psixologi durumuna necə təsir edəcək? Mütəxəssislər bu barədə nə düşünür?
Şahlar Əsgərov (BDU professoru): “On il bundan qabaq qeyd etmişəm, indi də qeyd edirəm ki, orta məktəbin buraxılış imtahanı ilə ali məktəbə qəbul imtahanı birləşməlidir. Amma bunu imtahanlara bölüb hərənin bir imtahan götürməyi çirkin bir düşüncənin məhsuludur. Biz cəmiyyətə qulluq etməliyik. Öz iddialarımızı cəmiyyət üzərində tədbiq etməli deylik. Cəmiyyətə qulluq etmək istəyiriksə, buraxılış imtahanları qəbul imtahanlarını birləşdirməliyik. Lakin qazanc məqsədi ilə bir necə imtahan keçirib fəsadlara yol açmış oluruq.
Təbii ki, iki imtahan arasında qısa fasilə gənclərin psixikasına mənfi təsir edir. Hələ ki, bunu nəzərə alan yoxdur. İmtahan zalına keçərkən polislərin qızların üst-başını yoxlamasını da normal hesab etmirəm. Bu, abituriyent qızların psixikasına çox pis təsir edir”.
Bəxtiyar Əliyev (millət vəkili): “Köhnə dövrdə də buraxılış imtahanları iyun ayında olurdu. İyulda sənəd qəbulu başlayırdı, avqustada da qəbul. Bu, normal bir haldır. Məncə, orta məkdəbdə keçirilən imtahan qəbul imtahanı üçün psixoloji cəhətdən də bir hazırlıqdır. Artıq uşaqlar imtahan xofunu bir az ataraq adaptasiya keçillər və imtahan prosesində psixoloji cəhəttdən daha hazırlıqlı olurlar. Həm buraxılış, həm də qəbul qəbul imtahanını eyni sistemdə olduğundan bu problem yarada bilməz”.
Aygün Nizamqızı