Modern.az

Tramp Putinlə Ərdoğana tərif yağdırdı

Tramp Putinlə Ərdoğana tərif yağdırdı

23 İyul 2020, 09:21

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə tərif yağdırıb. Modern.az xəbər verir ki, Fox News telekanalına müsahibə verən Tramp onun iti ağıla sahib olduğunu deyib.

 

“Putin iti ağıla malikdir. İti ağı isə dövlət başçısının malik olduğu əsas koqnitiv özəlliklərdən biridir. Sizə deyə bilərəm ki, Çin sədri Si Tsinpin, Rusiya lideri Putin və Türkiyə prezidenti Ərdoğan iti ağıla malikdir”.

 

Tramp noyabrda baş tutacaq prezident seçkilərində əsas rəqibi olan 77 yaşlı Co Baydenin isə iti ağıla malik olmasına şübhə etdiyini deyib. Prezidentin fikrincə, rəqibi koqnitiv bacarıqları üçün testdən keçməlidir.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...